Milli Məclis Fransa Senatına etiraz bəyanatı QƏBUL ETDİbackend

Milli Məclis Fransa Senatına etiraz bəyanatı QƏBUL ETDİ

Milli Məclis noyabrın 25-də Fransa Senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, bəyanatı Cavanşir Feyziyev təqdim edib.

Bəyanatda bildirilir ki, qondarma qurumun tanınmasıyla bağlı qətnamə beynəlxalq hüququn normalarının pozulması deməkdir. Fransa təcavüzkarı öz adıyla çağırmır və işğalçıyla işğala məruz qalan ölkə arasında fərq qoymur. Üçtərəfli bəyanat Azərbaycan torpaqlarının işğalına son qoyub. Regionun inkişafı üçün şərait yaradıb.

Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı ATƏT həmsədrinə müraciət edilməsi təklif edilsin. Həmçinin Fransa ilə həm siyasi, həm də iqtisadi münasibətlərə yenidən baxılması təklif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*