Ukraynadan sonra Moldova və Gürcüstanın Avropa İttifaqına üzvlük prosesində ilk addım atıldı.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirib.
Varhelyi Moldova xarici işlər naziri Niku Popesku və Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə Aİ-yə üzvlük müraciəti etmək üçün giriş anketini verdiyini açıqlayıb:
“İlk addım. Biz çox sürətlə getməyə hazırıq. Ona görə də siz nə qədər tez doldursanız, bir o qədər tez Avropa Şurasına rəy təqdim edə biləcəyik”.
Digər tərəfdən, Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 8-də Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə Aİ-yə üzvlük sorğusunu verib. Zelenski bir həftə ərzində anketi dolduraraq geri qaytaracağını bildirib.
İqbal Rzayev,
KONKRET.az
