Müəllimlərin işə qəbulu imtahanının məzmununda dəyişiklik ediləcəkbackend

Müəllimlərin işə qəbulu imtahanının məzmununda dəyişiklik ediləcək

“Bu il 50 mindən artıq namizədin müəllimlərin işə qəbulu prosesində iştirakını gözləyirik. Təxminən 8000-9000-ə yaxın şəxsin iş yeri ilə təmin edilməsi planlaşdırılır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu da bəzən narazılıq yaradır: “Müsabiqə o deməkdir ki, bir qisim insan qalib gələcək, digərləri isə iş yeri qazana bilməyəcək. Məqsədimiz bacarıqlı və istedadlı insanları aramızda görməkdir. Növbəti illərdən başlayaraq, imtahanların məzmunu hissə-hissə dəyişəcək. Dəyişikliklər fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələrinə söykənməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*