“Müstəqillik tarixində ilk dəfə Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunub” – Millət vəkilibackend

"Müstəqillik tarixində ilk dəfə Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunub" - Millət vəkili

Dövlət Statistika Komitəsi 2021-ci ilin iqtisadi yekunları ilə bağlı ilkin rəqəmləri elan edib. Komitənin hesablamalarına görə, ötən il ümumi daxili məhsul əvvəlki illə müqayisədə 5.6 faiz artaraq 92 milyard 857 milyon manata çatıb. Bu o deməkdir ki, müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunub.

Bu barədə KONKRET.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov fikir səsləndirib. O bildirib ki, rəsmi statistikaya görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Bu isə ötən ilki artımın daha çox qeyri-neft sektoru hesabına baş verdiyini deməyə əsas yaradır: “ÜDM istehsalında sənaye (42,5 %.) yenə öndədir. Digər sektorların payı belədir: 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri, 17,2 faizi digər sahələrin payına düşür”.

Vüqar Bayramov: "Qeyri-neft ixracatı rekord səviyyəyə

Vüqar Bayramov əlavə edib ki, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib: “Qeyd edək ki, 2022-ci ildə həm Azərbaycan hökuməti, həm də beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar. BMT bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi qənaətindədir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Namiq
    Yanvar 17, 2022 - 20:01

    Bu saxta rəqəmlər SSRİ-nin dağılmasına səbəb oldu. Bəs hanə Azərbaycan 70-80 faiz özünü taxılla təmin edirdi ? Onda niyə unun qiyməti qaldırıldı ??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*