Naxçıvanda ev YANDI: Ölən varbackend

Naxçıvanda ev YANDI: Ölən var

Naxçıvanda fərdi evdə yanğın olub, ölən var.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin 4 kvadratmetr hissəsində yataq dəsti yanıb, 24 kvadratmetr hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*