Nazir: Bununla 220 milyon kubmetr qaza qənaət ediləcəkbackend

Nazir: Bununla 220 milyon kubmetr qaza qənaət ediləcək

Azərbaycanda yeni 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilməsi enerji sistemimiz üçün xüsusi əhəmiyyət daşıyacaq.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, stansiyada ildə təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal ediləcək ki, bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət ediləcək, eləcə də 400 min ton karbon tullantılarının qarşısı alınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*