Azərbaycan və Türkiyə rəsmiləri Naxçıvan dəhlizi məsələsini müzakirə edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Türkiyǝnin nǝqliyyat vǝ infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Nazirin dediyinə görə, məsələ ilə bağlı Azərbaycandan Türkiyəyə rəsmilərin səfəri olacaq:
“Türkiyə Naxçıvan nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan tərəfi ilə iş aparır. Gələn həftə Azərbaycandan Türkiyəyə rəsmi səfərlər olacaq”.
Vəsilə İbrahim
KONKRET.az
