“Neftçi” – “Qalatasaray” oyununun hakimləri müəyyənləşdibackend

"Neftçi" - "Qalatasaray" oyununun hakimləri müəyyənləşdi

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçiriləcək matç üçün hakim təyinatları müəyyənləşib.

Qurumun rəsmi saytının yazdığına görə, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensiyə Devid MakGişi və Qrem Stüart yan xətt, Euan Anderson isə dördüncü hakim qismində kömək edəcək. UEFA nümayəndəsi ukraynalı Svetlana Şkil, hakim-inspektor isə albaniyalı Sokol Jaresi olacaq.

2012-ci ildən beynəlxalq oyunlara təyinat alan Kevin Klensi əvvəllər də Azərbaycan komandalarının oyunlarını idarə edib. 37 yaşlı ədalət təmsilçisi 2015/2016 mövsümündə “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində Monteneqroda “Mladost”la 1:1 hesablı heç-heçə ilə başa çatan görüşün baş hakimi olub.

Şotlandiyalı referi həmçinin “Qarabağ”ın 2016/2017 mövsümündə Çempionlar Liqasında II təsnifat mərhələsinin eyni hesabla bitən “Düdelanj”la Lüksemburqdakı matçını idarə edib.

Klensi 2012/2013 mövsümündə “İnter”in (hazırkı “Keşlə) Avropa Liqasının I təsnifat mərhələsində “Trans Narva” ilə evdə 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada iş başında olub. Referi 2012-ci ildə Azərbaycanın U-17 komandasının İspaniyaya 0:2 hesabı ilə uduzuduğu Avropa çempionatının seçmə matçına da təyinat alıb.

Qeyd edək ki, senyabrın 17-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*