Nizami Kino Mərkəzi ermənipərəstliyinə görə Mel Qobsonun iştirakı ilə çəkilən filmlərdən imtina etdibackend

Nizami Kino Mərkəzi ermənipərəstliyinə görə Mel Qobsonun iştirakı ilə çəkilən filmlərdən imtina etdi

Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.

Nizami kino Mərkəzinin mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.

“Bundan sonra, etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir”, – deyə mərkəzdən bildirilib.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*