Nyu-Yorkda “peyvənd pasportları” tətbiq edildibackend

Nyu-Yorkda "peyvənd pasportları" tətbiq edildi

Nyo-York ABŞ-ın koronavirusa qarşı peyvənd olunmasını təsdiqləyən könüllü rəqəmsal sertifikatları tətbiq edən ilk ştatı oldu.

KONKRET.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo öz tvitter səhifəsində bildirib.

E.Kuomo bildirib ki, sertifikatın adı “Excelsior Pass” olacaq. O, QR kodu şəklində istifadə ediləcək.

Bunu əldə etmək üçün tətbiqi “Apple App Store” və ya “Google Play Store”dan yükləmək lazımdır. Kodu, həmçinin xüsusi veb-saytda çap etmək mümkün olacaq.

Proqramda iştirak könüllüdür. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*