O videodakı əsgər Kəlbəcərdə vəfat edən Fətulla imiş…backend

O videodakı əsgər Kəlbəcərdə vəfat edən Fətulla imiş...

Vətən müharibəsi zamanı sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biri də indi təqdim edəcəyimiz görüntülər idi. Həmin pozitiv görüntülərdə kartof soyan əsgərimizin yanındakı küçüyü əzizləməsi rəğbətlə qarşılanmışdı.

KONKRET.az-ın məlumatına görə, sözügedən videodakı əsgər iki gün öncə səhhətində yaranan problem səbəbi ilə Kəlbəcərdə vəfat edən Siracov Fətulla Qasım oğludur. O, ötən gün Şabranın Gəndov kəndində torpağa tapşırılıb. Məlumat üçün bildirək ki, 19 yaşlı Fətulla Siracov evin tək oğlu, üç bacının bir qardaşı olub.

Onun hərbi xidmət müddəti ötən ilin oktyabrında başa çatmalı olsa da, Vətən müharibəsinə görə tərxis edilməyib. Mərhələli şəkildə tərxis edilməli olan əsgər Siracov bu ilin fevralında evinə qayıdacaqdı.

Qeyd edək ki, Fətulla Siracov Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*