Oğlunun yerinə atası Tacikistana getdi – ƏTRAFLIbackend

Oğlunun yerinə atası Tacikistana getdi - ƏTRAFLI

Türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov Tacikistanın paytaxtı Düşənbəyə səfərə gəlib.

KONKRET.az xəbər verir ki, səfər çərçivəsində dövlətlər arasında müxtəlif sahələrdə əlaqələrin müzakirə olunacağı yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün, aprelin 4-də Tacikistanda Türkmənistanın Mədəniyyət Günləri başlayacaq.

Qeyd edək ki, uzun fasilədən sonra Türkmənistanın yüksəkj səviyyəli rəsmisi Tacikistana gəlir. Məlum olduğu kimi iki ölkə arasında mehriban qonşuluq münasibətləri yox idi. Bəzi ekspertlər hesab edirlər ki, Türkmənistan prezidentinin atasının Tacikistana səfəri mövcud olan bir sıra strateji problemlərlə bağlıdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*