Onlardan biri İstanbulun meri ola bilər – FOTObackend

Onlardan biri İstanbulun meri ola bilər - FOTO

AK Partiyanın İstanbul böyükşəhər bələdiyyə başçısı namizədi Murat Kurum səs verib.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat verib:

“Bütün vətəndaşlarımızın səs vermələrini və seçki qutularını qorumalarını istəyirəm. Martın 31-də günəş doğacaq. İnşallah, bu gün bütün İstanbullularla bayramı erkən qeyd edəcəyik”.

Alqışlarla qarşılanan Murat Kurum vətəndaşlarla söhbət edib, xatirə şəkli çəkdirib.

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Bələdiyyə Başçısı və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu da ailəsi ilə birlikdə səsvermədə iştirak edib.

İmamoğlu əvvəlcə kameralara üz tutub: “Millətimizin dincliyinə, əmin-amanlığına vəsilə olsun. Oğlum Semih ilk səsini verir. Həyəcanlıdır. Kimi seçəcəyi barədə bir az fikirləşdi. Onu xeyli gözlədik”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*