Ötən il bu dövlətlər nüvə arsenallarını ARTIRIBLAR – SİYAHIbackend

Ötən il bu dövlətlər nüvə arsenallarını ARTIRIBLAR - SİYAHI

2021-ci ildə Çin, Hindistan, Şimali Koreya və Pakistanın nüvə arsenalları artıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kompaniya (ICAN) tərəfindən dərc edilən hesabatda bildirilib.

Məlumata görə, 2022-ci ilin əvvəlinə qədər nüvə silahı olan 9 ölkənin ehtiyatında olan başlıqların ümumi sayı 12 min 705-ə çatıb. Bunlardan 9440 başlıq istifadəyə yararlı, 3265 başlıq isə yararsızdır və Rusiya, İngiltərə, ABŞ -da məhv edilməsi planlaşdırılır.

Hesabatda qlobal ehtiyatlardakı nüvə başlıqlarının 2017-ci ildən etibarən artmağa başladığı bildirilib.

Həmçinin son illərdə Böyük Britaniya və Rusiyanın arsenallarında istifadə oluna bilən nüvə başlıqlarının artdığı qeyd olunub.

ABŞ-ın nüvə istehsalı 2019-cu ildə bir qədər artıb, lakin 2020 və 2021-ci illərdə azalıb.Fransa və İsrailin nüvə arsenallarının sayı isə dəyişməyib.

Bildirilib ki, ehtiyatda olan istifadəyə yararlı nüvə başlıqlarının ümumi sayı zərər potensialına görə, 1945-ci ildə Xirosimada istifadə edilmiş təxminən 138 min nüvə bombasına bərabərdir.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*