Pakistan Azərbaycana başsağlığı verdi – BƏYANATbackend

Pakistan Azərbaycana başsağlığı verdi - BƏYANAT

“Pakistan Ermənistan Silahlı Qüvvələri tərəfindən iyulun 12-də Azərbaycanın Tovuz rayonuna edilən və bir neçə azərbaycanlının itkisi ilə nəticələnən hücumu sərt şəkildə pisləyir”.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Pakistan tərəfi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləyir.

“Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxara biləcək ciddi təhdid törədir”, – deyə bəyanatda vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*