Pakistanın yeni Baş naziri seçilib.
KONKRET.az xəbər verir ki, bu, Pakistan Müsəlman Liqasının prezidenti Şahbaz Şərifdir.
O, Pəncabda Çin-Pakistan İqtisadi Dəhlizinin infrastruktur layihələrində adından söz etdirən effektiv idarəçi kimi reputasiyaya malikdir.
70 yaşlı Şahbaz Şərif üç dəfə baş nazir olmuş Nəvaz Şərifin kiçik qardaşıdır.
Xatırladaq ki, bir neçə gün öncə Pakistanda hökumət tam tərkibdə istefa verib.

Xuraman Etibarlı,
KONKRET.az
