Azərbaycan Ordusunun torpaqlarımızın azad edilməsi ilə bağlı apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan Ədliyyə nazirinin müavini Vahe Danielyanı vəzifəsindən azad edib.
Qeyd olunur ki, V. Danielyan bu posta 2019-cu ilin dekabrında təyin edilmişdi.
Xatırladaq ki, son iki gün ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan tutduqları vəzifədən azad olunublar.
