backend

Paşinyan Putinə "müharibəni bərpa etdiyinə görə" TƏŞƏKKÜR ETDİ - VİDEO

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbəti dəfə ciddi siyasi səhvə yol verib.

KONKRET.az xəbər verir ki, Rusiyada səfərdə olan Paşinyan Kazanda baş nazir Mixail Mişustinlə görüşüb.

Rus dili biliyi aşağı səviyyədə olan Paşinyan görüş zamanı özünü gülünc vəziyyətə qoyub.

“Savadsızlığın daha bir nümunəsi. Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Qarabağ müharibəsini “bərpa” etdiyinə görə təşəkkür etdi. O, Rusiya və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Dağlıq Qarabağdakı müharibənin “bərpa”sında rol oynadığını dedi”, – deyə erməni KİV-ləri yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*