Orta statistik bir azərbaycanlı belə də düşünür: Paşinyan Ermənistanda ən ağıllı adamdır. Amma gəlin baxaq görək, bu ağıl Nikola hardan gəlir? Necə bu mövqeyə yaxınlaşa bildi? Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən çıxışında deyir: “Bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir”. Və başqa bir yerdə: Prezidentin sözlərinə görə, müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu savaşın uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir: “İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bizə görə Koçaryan da, Sarkisyan da müharibə cinayətkarı, terrorçu və uşaq qatilləridir.
Bəs Nikol kimdir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli maraqlı yanaşma sərgiləyib. O bildirib ki, Nikol sözün əsl mənasında bizimdir. Bizim olan Nikolu normal məntiq də qorumağı tələb edir: “Çünki Nikol sərt şapalaqdan və müharibədə uduzduqdan sonra 10 noyabrda razılaşmaya imza ataraq öhdəlik götürdü və bunun müqabilində ilk seçkidə qalib gəlmiş oldu. Dünyada heç bir xalqın tarixində müharibəni uduzub, seçkidə qalib gələn siyasi lider görülməyib ki, bunu Nikol bacardı. Nikol dayanmır, durmur, çalşır- vuruşur, ayaqlar altına atılmış dövlətin palazının tozunu çırpdırır, amma… Az qala, İrana da etiraz etmək həddinə çatır ki, Azərbaycan və Türkiyə ilə 30 ildə ilk dəfə barışmaq, sərhədləri açmaq imkanı yaranıb, bu gün nə qədər radikal və daşnak təfəkkürlü olsalar da, Aşotun cibinə daxil olacaq ilk manat onun əhvalı ilə ideologiyası arasında uçurum yaradacaq və qayıdacaqlar tarixi yaddaşa”.

Əziz Əlibəyli Paşinyanın Litvada erməni diasporu ilə görüşündəki mesajlara diqqət çəkib. Paşinyanın sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqlar geri qaytarılmalı idi: “Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”. Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib. Paşinyan ağıllıdır, o qədər uzaq görür ki, masştabı Ermənistanın xəritəsindən böyük, Azərbaycandan kiçikdir. O sələflərindən fərqli olaraq dəmir yumruğu qafasında hiss edib, ayılıb”.
Müşviq Tofiqoğlu
KONKRET.az
