Paşinyandan Rusiyanı qıcıqlandıran daha bir mesajbackend

Paşinyandan Rusiyanı qıcıqlandıran daha bir mesaj

“Ermənistan ABŞ-la münasibətlərinin səviyyəsini bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın ABŞ-ın Müstəqillik Günü münasibətilə Amerika lideri Co Baydenə müraciətində deyilir.

“Qeyd etməkdən məmnunam ki, demokratik islahatlar, iqtisadi və enerji davamlılığının gücləndirilməsi, ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistan və ABŞ arasında strateji dialoqun yüksəldilməsi konsepsiyasında öz əksini tapıb, – deyə Ermənistan hökumətinin başçısı bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması prosesində ABŞ-ın roluna əhəmiyyət verir və ABŞ-ın Ermənistan Respublikasının suverenliyi, müstəqilliyi, demokratiyası, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi dərindən qiymətləndirir.

“…Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiq etmək istərdim və əmin olduğumu bildirmək istərdim ki, bizim bu kritik dövrdə davamlı və möhkəmlənən tərəfdaşlığımız ölkələrimiz və region üçün dinc və daha firavan gələcək yaratmağa kömək edəcək”, – Ermənistanın baş naziri mesajında ​​bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*