“Paşinyanın deputatı əsəbiləşdi və qışqırmağa başladı: “Get burdan, çox pis adamsan” – VİDEObackend

"Paşinyanın deputatı əsəbiləşdi və qışqırmağa başladı: "Get burdan, çox pis adamsan" - VİDEO

“Mən açıqlama verdim, heç bir sualı cavablamayacam”.

KONKRET.az xəbər verir ki bunu jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.

Yada salaq ki, bir gün əvvəl Sukiasyan Qarabağdan olan ermənilərin döyüşmədiyi haqda fikir səsləndirib. Bu, revanşistlərin hiddətinə səbəb olub. Daha sonra o, səhvən belə dediyini vurğulayıb və üzr istəyib.

“Mən açıqlama verdim və susdum”.

Jurnalistlərdən biri müsahibəsində bunu bir neçə dəfə təkrarladığını deyəndə, deputat özündən çıxıb və qışqırmağa başlayıb. “Get burdan, müsahibə vermək istəmirəm. Çox pis adamsan. Sadəcə pul qazanırsan. YouTube-da çoxlu baxışların olmasını istəyirsən. Artıq üzr istəmişəm, mən də insanam”, – deputat vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*