“2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 16 040 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb”.
Bu barədə KONKRET.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb-valideyn əlaqələrinin bu proses çərçivəsində daha da təkmilləşdirilməsinə və valideylərin təhsil müəssisələri ilə təmasının daha rahat və şəffaf təşkilinə xidmət edir.