Pekres Azərbaycan hökumətindən hüquq-mühafizə orqanlarına şikayət edib.
KONKRET.az xəbər verir ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres Azərbaycan prezidenti İlham Əliyevin Qarabağa səfəri ilə bağlı bəyanatlarından sonra Fransa hakimiyyətini fəaliyyətsizlikdə ittiham edib.
“Prezidentliyə namizədi müdafiə etməyən hökumətin qulaqbatırıcı susqunluğu həddən artıqdır”, – siyasətçi bildirib.
Əliyevin təhdid hesab etdiyi ifadələrinə görə, Pekres artıq hüquq-mühafizə orqanlarına şikayət edib.
Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl demişdi ki, əgər Bakının bu səfərdən xəbəri olsaydı, Pekres yenidən Fransaya buraxılmazdı.
Azərbaycan Xarici İşlər Nazirliyi artıq Fransanın müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib.
Xuraman Etibarlı,
KONKRET.az
