Petrosyan: “Azərbaycan dəyişən dünya düzəninin reallığından bundan sonra da faydalanacaq”backend

Petrosyan: "Azərbaycan dəyişən dünya düzəninin reallığından bundan sonra da faydalanacaq"

“Azərbaycan Türkiyənin hərtərəfli dəstəyi ilə dəyişən dünya düzəninin reallığından faydalanır, bundan sonra da faydalanacaq və öz növbəsində rəqibləri və tərəfdaşları ilə hər cür danışıqlarda ən az güzəştə getmədən mümkün qədər öz problemlərini həll etməyə çalışacaqdır. Bu hal nəzərə alınmalı və ona uyğun hərəkət edilməlidir”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Armen Petrosyan özünün facebook səhifəsində yazıb:

“Bakının iddialı planları iki real mexanizm üzərində qurulub:

  1. Ermənistanın özünümüdafiə potensialı olduqca kiçilib.
  2. Təsirini getdikcə itirən beynəlxalq hüquq və regional çəkindirici hərbi-siyasi mexanizmlər.

Belə reallıqlar şəraitində iddialı düşmən Əliyev rejimi Ermənistandan və beynəlxalq tərəfdaşlardan mümkün qədər çox şey almağa çalışacaq. Bu arada, əfsuslar olsun ki, hələ də davam edən geosiyasi transformasiyalar kontekstində “dəmir yumruq”un koordinasiyası hələlik mümkün olmur.

Göründüyü kimi, ermənilər dərk edir ki, məğlubiyyətləri qaçılmazdır və ona görə də belə şərhlər verməklə daxili auditoriyaya hesablanmış açıqlamalar verirlər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*