Peyvəndləmə göstəricisi aşağı olan rayon və şəhərlərdə monitorinq keçiriləcəkbackend

Peyvəndləmə göstəricisi aşağı olan rayon və şəhərlərdə monitorinq keçiriləcək 

Ümumilikdə respublika üzrə immunoprofilaktika tədbirlərinin kifayət qədər səmərəli səviyyədə həyata keçirilməsinə baxmayaraq, 2021-ci ilin yekunlarına əsasən, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub.

KONKRET.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova deyib.

O qeyd edib ki, bu səbəbdən həmin rayon və şəhərlərdə Respublika GEM-nin mütəxəssisləri “İmmunlaşdırma həftəsi” çərçivəsində ÜST-nin dəstəyi ilə monitorinq və treninqlər keçirməsi nəzərdə tutulub.

Şöbə müdiri bildirib ki, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə alınaraq, uşaqların immunlaşdırması növbəlilik əsasında olunması nəzərdə tutulur.

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev 2022-ci il 24-30 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*