Putin Dağıstan-Azərbaycan-İran marşrutu ilə bağlı ƏMR VERDİbackend

Putin Dağıstan-Azərbaycan-İran marşrutu ilə bağlı ƏMR VERDİ

Putin Dağıstan-Azərbaycan-İran marşrutunun tikintisini sürətləndirməyə əmr verib.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin martın 16-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) Moskvada keçirilən qurultayında deyib.

“Azərbaycan ərazisindən keçməklə Dağıstandan İrana marşrut mümkün qədər tez tikilməlidir. İrandan Hindistana “Şimal-Cənub” nəqliyyat layihəsi kimi ona həmişə tələbat olacaq”,- Putin vurğulayıb.

Onun sözlərinə görə, bütün ölkələr hətta mürəkkəb “geosiyasi uyğunlaşmalar” və ziddiyyətlər şəraitində belə, Dağıstan-Azərbaycan-İran marşrutunu çəkməyə razıdır.

“Bu marşrutun tikintisinə hamı razıdır”, – Rusiya lideri bildirib.

O əlavə edib ki, indi tikintinin sürətini və yekun maliyyə mənbələrini müəyyən etmək lazımdır.

Rusiya lideri həmçinin sahibkarları Rusiya ilə Hindistan arasında İran üzərindən nəqliyyat əlaqəsini təmin etməli olan Şimal-Cənub dəhlizinin tikintisinə vəsait ayırmağa çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*