Putin Lukaşenkonu Lutsk və Lvov istiqamətində zərbə endirməyə MƏCBUR EDƏCƏK – Hərbi ekspertbackend

Putin Lukaşenkonu Lutsk və Lvov istiqamətində zərbə endirməyə MƏCBUR EDƏCƏK - Hərbi ekspert

“Putin Lukaşenkonu Lutsk və Lvov istiqamətində vurmağa məcbur edəcək”.

KONKRET.az xəbər verir ki, bunu RBC-Ukrayna-ya müsahibəsində hərbi ekspert Oleq Jdanov deyib. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya Ukrayna ilə müharibəyə girməsi üçün təzyiq göstərəcək, lakin planın baş tutması ehtimalı azdır.

“Mən başa düşdüyüm kimi, tezliklə Putinlə Lukaşenko arasında yenidən görüş olacaq. Amma mayın 9-dan sonra. Düşünürəm ki, Putin yenidən Lukaşenkonu Belarus ordusunun Lutsk-Lvov istiqamətində zərbə endirməsinə məcbur etməyə çalışacaq”, – o deyib.

Lakin Jdanov belə bir ssenariyə şübhə ilə yanaşır. Ekspert xatırladıb ki, Lukaşenko, hətta Putin müharibə yeni başlayanda belə bu müharibədə iştirakını inkar edib.

“Məncə, bu gün o, müdaxilə etməyəcək. Amma Putin ona çox təzyiq göstərəcək”, – deyə Jdanov əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*