“Putin artıq müharibə məntiqini qəbul edib”.
KONKRET.az xəbər verir ki, bu barədə Putinlə görüşən Avstriya kansleri Karl Nehammer bildirib.
Siyasətçilərin söhbəti 1,5 saat davam edib. Nehammerin sözlərinə görə, bu, dostluq səfəri olmayıb, o, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib.
Putinin ona müharibənin tez bitməsinin yaxşı olduğunu deyib, lakin bu fikir Karl Nehammerə qaranlıq gəlib:
“Bizim heç bir illüziyamız ola bilməz: Prezident Putin müharibə məntiqini tamamilə qəbul edib və ona uyğun hərəkət edir.Bütövlükdə görüşdən müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər tufana işarə edir”.
Vəsilə İbrahim,
KONKRET.az
