Qazaxıstan rus dilindən qurtulmağa qərar verdi: Artıq bütün lövhə və nişanlar qazax dilində olacaqbackend

Qazaxıstan rus dilindən qurtulmağa qərar verdi: Artıq bütün lövhə və nişanlar qazax dilində olacaq

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda bütün nişanlar, qiymət etiketləri, menyu reklamları, lövhələr və digər obyektlər artıq qazax dilində olmalıdır.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki,  bu barədə deputat, Parlamentin Sosial və Mədəni İnkişaf Komitəsinin üzvü Berik Abdıqaliulu məlumat verib.

“Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına əyani məlumatlarla bağlı dəyişiklik və əlavələr haqqında” qanun layihəsinə dəyişikliklər artıq təsdiq edilib. Buna görə də, rus və digər dillərdə olan yazılara “yalnız lazım gələrsə” icazə veriləcək. Abdiqaliulunun sözlərinə görə, bu qərar seçicilərin müvafiq xahişi ilə tətbiq olunub.

Qeyd edək ki, son zamanlar qazax millətçiləri dükanlara və dövlət idarələrinə daxil olaraq işçilərin qazax dili biliklərini yoxlayırlar. Bunun üçün “dil patrulu” qrupları da yaradıblar. Bütün basqınlar millətçi  fəallar tərəfindən lentə alınır və YouTube-də yerləşdirilir.

Bir müddət əvvəl YouTube Qazaxıstanda “dil basqınları” nın təşkilatçılarından olan Kuat Axmetovun kanalını da bağlamışdı.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*