Qazaxıstanda ŞOK QƏRAR: Buna görə cinayət cəzası ləğv edildibackend

Qazaxıstanda ŞOK QƏRAR: Buna görə cinayət cəzası ləğv edildi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev “Diffamasiyanın dekriminallaşdırılması haqqında” qanunu imzalayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, “Qazaxıstan Respublikasının bəzi qanunverici aktlarına icra və prosedur qaydalarının yaxşılaşdırılmasına dair əlavələr edilməsi haqqında” qanunun mətni yaxın vaxtlarda yayımlanacaq.

Dövlət başçısı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 130-cu maddəsini (bu maddə böhtana görə cəzanı nəzərdə tutur – KONKRET.az) cinayətdən məhrum etmək və ötən ilin dekabr ayında Milli Etibar Şurasının iclasında 73-3 nömrəli Respublikanın İnzibati Məcəlləsinə köçürmək niyyətində olduğunu bildirib. Bundan əvvəl beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Sərhədsiz Reportyorlar Birliyi (Qazaxıstan) Qazaxıstan rəhbərliyindən dəfələrlə “Diffamasiya” haqqında Qanunun ləğv etməsini xahiş etmişdi.

 

  • Xalid
    İyun 28, 2020 - 16:38

    Sizin xəbəriniz bundan artıq olmayacaq ki. Günah bizdədi ki sizin saytınıza daxil olub pul qazandırırıq sizə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*