“Qərb qitənin təhlükəsizliyini təhdid edir” –  Peskovbackend

"Qərb qitənin təhlükəsizliyini təhdid edir" - Peskov

Bir gün əvvəl Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Ukraynaya silah tədarükündən danışarkən, ehtiyatlılıq vaxtının keçdiyini qeyd edərək, bu prosesi davam etdirməyə çağırıb.

KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, Qərb təkcə Ukraynanın deyil, Moldova və Gürcüstanın da müdafiə qabiliyyətinin artırılmasına kömək etməlidir.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin bu bəyanatını şərh edib.

“Özlüyündə Ukraynaya və digər ölkələrə silahların, o cümlədən ağır silahların verilməsi tendensiyası qitənin təhlükəsizliyini təhdid edən və qeyri-sabitliyə səbəb olan hərəkətlərdir”, – deyə Peskov bildirib.

Eyni zamanda o, Trussun bəyanatlarının qiymətləndirilməsi məsələsini Rusiya Xarici İşlər Nazirliyinə göndərib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*