Qərbi Asiyadakı müharibədə ikinci enerji cəbhəsi: Yəmən Səudiyyə Ərəbistanına “kilid vurdu”backend

Qərbi Asiyadakı müharibədə ikinci enerji cəbhəsi: Yəmən Səudiyyə Ərəbistanına "kilid vurdu"

Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edərək regiondakı enerji müharibəsini yeni mərhələyə keçiriblər. Bu addım Hörmüz boğazındakı gərginlikdən sonra dünya enerji bazarına ikinci ciddi zərbə kimi qiymətləndirilir.

Husilər bildiriblər ki, Səudiyyə Ərəbistanı ilə əlaqəsi olan bütün gəmilər və neft daşımaları Qırmızı dənizdə, xüsusilə Bab əl-Məndəb boğazında hədəf hesab ediləcək. Bu marşrut dünya neft və ticarət daşımalarının ən strateji keçidlərindən biridir.

Ekspertlərin fikrincə, əgər Hörmüz boğazından sonra Bab əl-Məndəb boğazında da nəqliyyat ciddi şəkildə məhdudlaşarsa, qlobal enerji bazarında yeni qiymət artımları və təchizat problemləri yarana bilər. Bu isə xüsusilə Avropa və Asiya ölkələrinə neft və mayeləşdirilmiş qaz ixracına mənfi təsir göstərəcək.

Məqalədə qeyd olunur ki, Yəmən artıq təkcə hərbi qarşıdurmanın deyil, həm də enerji müharibəsinin əsas cəbhələrindən birinə çevrilib. Qırmızı dəniz və Bab əl-Məndəb boğazı üzərində nəzarət uğrunda mübarizə qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*