Samux rayonunun Qarayeri qəsəbəsinnin sakinlərinin narazlığına səbəb uzun illərdir qəsəbədə fəaliyət göstərən xəstəxanadan bəzi şöbələrin köçürülməsidir.
KONKRET.az xəbər verir ki, söhbət Samuxda yeni xəstəxananın tikintisindən və müəyyən şöbələrin istifadəyə veriləcək yeni tibb müəssisəsinə daşınmasından gedir. Əhali deyir ki, inşası davam edən xəstəxana yaşadıqları ərazidən uzaqdır, təcili tibbi yardıma ehtiyac duyulduğu təqdirdə xəstələri yeni xəstəxanaya aparmaq çətinlik yaradacaq.
Qısa arayış verək ki, Qarayeri qəsəbə xəstəxanası 1920-ci illərin əvvələrindən xidmət edir. Yəni təxminən bir əsrdən çoxdur ki, fəaliyyət göstərir. Üstəlik sözügedən tibb müəssisəsi 7 mindən artıq qəsəbə sakininə xidmət etdir. Üstəlik xəstəxanaya ətraf 5 kənddən və hətta Şəmkir rayonundan belə müayinə və müalicə üçün üz tutanlar var. Sakinlərin istəyi burada vacib şöbələrin fəaliyyətini saxlamaqdır.
TƏBİB isə qəsəbə sakinlərinin narahatçılığına əsas görmür. Qurumun tabeliyində fəaliyyət göstərən Samux rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Həsənov məsələ ilə bağlı bildirilib ki, yanvar ayının 1-dən etibarən resbuplka üzrə bütün rayonlar, eləcə də Samux rayonunda İcbari Tibbi Sığorta sisteminə keçid başlanıb. Sistemə keçidlə bağlı istər Qarayeri qəsəbəsində, istərsə də digər xəstəxanaların bağlanmasından söhbət gedə bilməz:
“Yanvarın 1 -dən Respublika üzrə bütün rayonlar, eləcə də Samux rayonunda da İcbari Tibbi Sığorta sisteminə keçid başlayıb. Sistemə keçidlə bağlı nə Qarayeri qəsəbəsi, nə başqa xəstəxanalar bağlanmır, heç bir işçi işdən azad edilməyib. Sadəcə olaraq stasionar müəssisələr ASM (Ailə Sağlamlıq Mərkəzi) keçməsi ilə əlaqədar həmin xəstəxanalarda işləyən bəzi ixtisaslı mütəxəssislər Mərkəzi Rayon Xəstəxanasına göndərilirlər və burda işlə təmin edilirlər”, – deyə baş həkim qeyd edib
Hər halda real mənzərə məhz bu cürdür. Əhalinin istəyi başqa, TƏBİB-in planları isə tam fərqlidir.





Natiq Səlim,
KONKRET.az
