Rus işğalçıları Ukraynada çətin vəziyyətə düşüb – Trüdobackend

Rus işğalçıları Ukraynada çətin vəziyyətə düşüb - Trüdo

Rusiya işğalçı qoşunları Ukraynada çətin vəziyyətə düşüblər.

KONKRET.az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“İndi belə bir təəssürat var ki, Rusiya ordusu Ukraynada çətin vəziyyətə düşüb və bu müharibədə ukraynalılar daha böyük təsirə malikdirlər. Biz əmin olmalıyıq ki, onların Rusiya işğalına möhkəm müqavimət göstərmək üçün bütün vasitələri var”, – deyə Trüdo deyib.

O vurğulayıb ki, prezident Volodimir Zelenski davamlı olaraq beynəlxalq ictimaiyyətə Ukraynanın nəyə ehtiyacı olduğunu çatdırır.

“Biz NATO alyansı və ayrı-ayrı ölkələr olaraq ukraynalılara lazımi yardımı göstərmək üçün mümkün olan hər şeyi etməliyik”, – deyə Kanada hökumətinin başçısı bildirib.

Qeyd edək ki, bu həftə Trüdo Belçikada bir neçə günlük səfərdə olub, burada NATO sammitində iştirak edib və Avropa liderləri ilə görüşlər keçirib, Ukraynaya gələcək yardımları müzakirə edib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*