Xerson vilayətinin Qoloy Pristan şəhərinin kəndlərində rus işğalçıları insanları oğurlayır.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Qoloy Pristan şəhərinin meri Oleksandr Babiç özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə, “Bizim kəndlərdə insanlar hər gün yoxa çıxırlar. Müxtəlif mənbələrə görə, bu gün artıq intik düşənlərin sayı 5-6 nəfərə çatıb. Bunlar, ilk növbədə, Novaya və Staraya Zburyevka kəndlərinin sakinləridir. Biz bu məlumatı ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni edirik. Bütün bu məlumatlar ibtidai araşdırmaların reyestrinə daxil edilib. Vurğulamaq istəyirəm ki, burada adam oğurluğu ilə bağlı baş verənlərin hamısı cinayətdir və Cenevrə Konvensiyasına uyğun olaraq buna görə cavab vermək lazım gələcək. Bütün bu faktlar qeydə alınır”.
Natiq Səlim,
KONKRET.az
