Rusdilli siniflərə qəbul üçün rüşvətin miqdarı məlum oldu – 15-20 min manatbackend

Rusdilli siniflərə qəbul üçün rüşvətin miqdarı məlum oldu - 15-20 min manat

Türkmən məktəblərinin rusdilli siniflərinə qəbul üçün rüşvətin miqdarı hazırda 10-20 min manat arasında dəyişir (rəsmi məzənnə ilə 2.8-5.7 min dollar). Konkret.az xəbər verir ki, bu barədə “Türkmənistan xronikası” saytı məlumat yayıb.

Əvvəllər yalnız rus vətəndaşı və ya immiqrant statusu olan rusdilli vətəndaş problemsiz uşağını sinfə qoya bilərdi. Artıq indi bunu rüşvətsiz həll etmək mümkün deyil. Çünki rus dilində təhsilə tələbat çoxdur: məzun olduqdan sonra bu sinifdən olan uşaqları Rusiyaya və digər MDB ölkələrinə oxumağa göndərmək daha asandır.

Hazırda bütün yerlər Təhsil Nazirliyi səviyyəsində ayrılıb. Əlaqələri və tanışları olmayanlar övladlarını bu məktəblərə göndərə bilmirlər.

İş o yerə gəlib çatıb ki, bəzən türkmən sinfinə daxil olmaq üçün rüşvət də tələb olunur.

Artıq Türkmən məktəblərinin tədricən ödənişli əsaslara keçməsi ilə bağlı cəmiyyətdə müzakirələrə geniş yer ayrılıb. Jurnalistlər bu məsələnin rəsmi şəkildə Xalq Məsləhətxanasında (Xalq Şurası) müzakirə ediləcəyi barədə məlumatlar əldə ediblər. Artıq universitetlərlə bağlı belə bir qərar verilib. Ötən ilin payızında 10 illik fasilədən sonra canlanan Xalq Məsləhətxanası Türkmənistanda kommunal xidmət haqqını ödəmək üçün mövcud imtiyazları ləğv edib. Müşahidəçilər bildiriblər ki, cəmiyyətdə neqativ qarşılanan belə qərarların verilməsi davam edəcək.

Rəhim Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*