Rusiya Aİ missiyasını Azərbaycana qarşı təxribatda ittiham etdibackend

Rusiya Aİ missiyasını Azərbaycana qarşı təxribatda ittiham etdi

“Aİ missiyası Ermənistanın qonşuları olan Azərbaycan, İran və Rusiyaya qarşı getdikcə daha çox iş görür və açıq-aşkar təxribat xarakterli fəaliyyətlər həyata keçirir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin deyib.

“Misiyanın Aİ-nin hibrid müharibəsinin aləti olması faktı onun məxfiliyini, ünvansız və nəzarətsiz olduğunu təsdiqləyir”, – Rusiya XİN rəhbərinin müavini bildirib. “Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğuldur, Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün təhlükəsizlik və rifah mənbəyi”olması barədə yanlış fikirlər aşılayır”.

“Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakteri alır”.

Qaluzin fikrincə, əgər uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışırıqsa, o zaman qərblilərin regionu hərbiləşdirmək, Aİ və NATO-nun orada hərbi-siyasi təsirini genişləndirmək planları var”.

Diplomat bildirib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır: “Bu, 2021-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə yaradılan üçtərəfli işçi qrupunun birgə sədrliyi altındadır№.

Qaluzin diqqəti ona yönəldib ki, Qərb ölkələrinin təzyiqi ilə İrəvan bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib. Moskva təkcə Cənubi Qafqazın nəqliyyat və kommunikasiya sistemini blokdan çıxarmaq üçün deyil, həm də regionda davamlı sülh və rifahın bərqərar olması üçün qrupun tam hüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*