Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağa səfər edə bilməməsindən “narahatdır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
“Biz narahatıq ki, həmsədrlər üçlüyü hələ də regiona səfər edə, vəziyyətlə tanış ola bilməyib. Minsk qrupu həmsədrləri hələ də İnsanlar arasında təmasların qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər müəyyən edə bilməyib”, – deyə XİN-in daimi nümayəndəsi şikayətlənib.
P.S. Onların 30 ildə “gördükləri” işlərə görə, hazırda Qarabağda nə işlə məşğul olacaqları bilinmir… Yəqin ki, yenə də turist kimi gəlib-getmək istəyirlər.
Xuraman Etibarlı,
KONKRET.az
