Rusiyadan yardım adı altında İrəvana hərbi yük DAŞINIR: Gürcüstan ifşa etdi – VİDEObackend

Rusiyadan yardım adı altında İrəvana hərbi yük DAŞINIR: Gürcüstan ifşa etdi - VİDEO

Gürcüstan bir aya yaxındır ki, Rusiyadan zirehli gödəkçə daşıyan yük maşınlarının Ermənistana keçməsinə icazə vermir.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Lyudmila Manukyan öz feysbuk hesabında məlumat verib. Onun sözlərinə görə, yük maşınları 1 aydan çoxdur ki, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində saxlanılır.

İstifadəçi qeyd edib ki, yük maşınları 5 martda Moskvadan humanitar yük olaraq göndərilib. Martın 28-də Gürcüstanın nəzarət-buraxılış məntəqəsində sərhədçilər sürücülərin sənədlərini və yükləri götürərək yük maşınlarının hərəkətini qadağan ediblər. Manukyan sürücülərin təxminən bir aydır orada olduğunu, ancaq problemin hələ həll olunmadığını yazıb. O, paylaşımında nəzarət-buraxılış məntəqəsindən video yayımlayıb.

Sürücülərdən biri agentliyə açıqlamasında yük maşınlarının bir aya yaxındır nəzarət məntəqəsində olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, Gürcüstan sərhədçiləri yüklərin “xüsusi təyinatlı mallar” kateqoriyasına daxil olduğunu və keçidi üçün ölkənin Müdafiə Nazirliyinin icazəsinin tələb olunduğunu bildirib.

“Yükləri göstərdik, yüklərin zirehli gödəkçələrdən ibarət olduğuna və başqa bir şey olmadığına əmin oldular. Sonra qutular yenidən möhürləndi, biz isə sərhəddə icazə gözləyərək qaldıq”,- deyə agentliyin müsahibi qeyd edib.

Sürücü qeyd edib ki bütün yük maşınları gözləməkdən bezdikləri üçün Rusiyaya qayıtmağı planlaşdırırlar.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məsələ ilə bağlı Ermənistanın Gürcüstandakı səfirliyinin müvafiq qurumları ilə daim əlaqə saxladığını bildirib.

/qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*