Rusiyalı hakerlər Kaliforniya maliyyə departamentinə hücum etdibackend

Rusiyalı hakerlər Kaliforniya maliyyə departamentinə hücum etdi

Rusiyaya bağlı “LockBit” haker qrupu Kaliforniyanın maliyyə departamentinə edilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, hakerlər maliyyə sənədləri və həssas məlumatlar da daxil olmaqla 76 GB məlumatı oğurladıqlarını iddia edirlər. Onlar agentliyə dekabrın 24-dək ödəniş üçün vaxt veriblər.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvar ayından bəri “LockBit” ən azı 1000 kiber hücum həyata keçirib. Hakerlər ən azı 100 milyon dollar fidyə tələb ediblər.

Qeyd olunub ki, Kaliforniya qubernatoru Qavin Nyusom növbəti maliyyə ili üçün büdcəni yanvarın 10-dək təqdim etməlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*