“Rusiyanın defolt olması üçün heç bir səbəb yoxdur” – Peskov AÇIQLADIbackend

“Rusiyanın defolt olması üçün heç bir səbəb yoxdur” – Peskov AÇIQLADI

Dmitri Peskov Rusiyanın defolt olması üçün heç bir səbəb olmadığını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Peskov bununla belə “opponentlərin” qeyri-konstruktiv mövqeyinin Rusiyada vəziyyəti çətinləşdirə biləcəyini gizlətmir.

Maliyyə naziri Siluanov isə ölkədə sadəcə süni defoltun olma ehtimalını dilə gətirib.

“Rusiya öhdəliklərini yerinə yetirmək üçün bütün lazımi potensiala malikdir” – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, “S&P Global Ratings” Rusiyanın xarici valyutada reytinqini (seçilmiş defolt) endirib. Yerli valyuta üzrə reytinq mənfi proqnozla CC/C səviyyəsində qalır. Agentlik qeyd edib ki, Rusiyanın defoltun qarşısını almaq üçün 30 gün vaxtı var.

Xatırladaq ki, fevralın 24-də Rusiya qoşunlarının Ukraynaya daxil olmasına cavab kimi  Qərbin sanksiyaları işə düşüb. Bu səbəbdən Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının təxminən yarısı (300 milyard dollar) dondurulub. Bundan sonra Rusiya Maliyyə Nazirliyi bir neçə dəfə xarici borc üzrə ödənişlər etdiyini açıqlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*