Rusiya Federasiyasına gələn bir çox vətəndaş COVID-19 testi ilə əlaqədar problemlər üzündən Ermənistana geri göndərilib.
“Moskvaya ilk uçuşu həyata keçirdik. Lakin COVID-19 üçün apardığımız testin qanunsuz olduğunu və nəticədə deportasiya olunduğumuzu əsas gətirərək Rusiyaya keçməyimizi qadağan etdilər. Hava limanında üç gün bizi ac saxladılar, yalnız su içdik”.
KONKRET.az “Tert.am”a istinadən xəbər verir ki, bunu Ermənistana sürgün edilən vətəndaşlardan biri deyib.
Onun sözlərinə görə, sənəd ola bilsin ki, Ermənistanda saxtalaşdırılıb.
“Ona görə də biz Ermənistan hökumətindən Rusiya Federasiyasına göndərilməyimizi və biletlərə xərclədiyimiz pulu geri qaytarmasını tələb edirik”.
KONKRET.az
