Şagirdlər sinif otaqlarını niyə təmizləməlidirlər axı? – vəkil Təhsil Nazirliyini məhkəmə ilə hədələyirbackend

Şagirdlər sinif otaqlarını niyə təmizləməlidirlər axı? - Vəkil Təhsil Nazirliyini məhkəmə ilə hədələyir

Konkret.az xəbər verir ki,  Qazaxıstandan olan vəkil Janqeldi Süleymanov şagirdlərin orta məktəblərdə təmizlik işlərinə cəlb edilməsinin əleyhinədir. Vəkil məktəblilərin döşəmələrin yuyulmasına qadağa qoyulmasını tələb edir. Əks təqdirdə Təhsil və Elm Nazirliyinə qarşı iddia qaldırmaq niyyətindədir.

Paytaxtın 80 nömrəli məktəbində uşaqların dərsdən sonra döşəmələri yuması barədə məlumatlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri əməyin faydalarını qyed edərək bunu dəstəkləyirsə, digərləri yetkinlik yaşına çatmayanların istismarı barədə danışmağa başlayıblar.

Vəkil isə vurğulayıb ki, “Uşaqlarımız dezinfeksiyaedici məhlulları özləri niyə hazırlamalıdırlar? Balalarımıza çirkli döşəmə veriləcək ki, yusunlar. Əgər məktəblilərin döşəmə yumasının qarşısı alınmasa, Təhsil Nazirliyinə qarşı yeni iddia qaldırılacaq”.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*