“Sahibkarlarla Prezident İlham Əliyevin görüşü təşkil edilməlidir” – AÇIQLAMAbackend

"Sahibkarlarla Prezident İlham Əliyevin görüşü təşkil edilməlidir" - AÇIQLAMA

“Yaxın günlərdə iş adamlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü təşkil edilməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov postpandemiya dövründən sonra Azərbaycanın üzləşəcəyi problemlərdən bəhs edərkən bildirib. O təklif edib ki, “Bu görüş əvvəlki formal görüşlərdən olmamalı, çıxışçılar əvvəlcədən müəyyən edilməməli və tamadalar yox, problemləri açıqlayan şəxslər öndə olmalıdırlar. Həmin görüşdə iş adamlarının birbaşa Prezidentə ünvanlayacaqları məktublar üçün sandıq olmalıdır və bu sandığı ancaq Prezidentin özü, yaxud ən etibar etdiyi şəxs açmalıdır”.

Aslan İsmayılov vurğulayıb ki, bu keçid dövrü üçün vətəndaşlar tərəfindən tanınan, heç bir fəxri adları, vəzifələri olmayan, hakimiyyətdən heç cür yararlanmayan müstəqil şəxslərdən ibarət bir ictimai qurum yaradılmalıdır. Bu qurumun əsas vəzifəsi vətəndaşlarla hakimiyyət arasında körpü yaratmaq, cəmiyyətdə yaranmış qarşıdurmanı aradan qaldırmaq olmalıdır”.

Tanınmış hüquqşünas qeyd edib ki, ölkə vətəndaşlarının əksəriyyəti artıq son ehtiyatlarını xərcləyib və maddi durumları çox pisdir. “Bir müddətdən sonra karantin aradan qalxan kimi insanların tələbləri artacaq. Reallıqda isə pandemiyadan sonrakı dövr vəziyyət daha pis olacaq. Bunu insanlara indidən izah etmək, onları gözlənilən çətinliklərə hazırlamaq lazımdır. Bundan başqa, elə bu dövrün özündə gələcək islahatlara şərait yaradacaq qanunvericilik aktları qəbul edilməli, bunlar insanlara izah edilməlidir”.

Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini deyən A.İsmayılova görə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu sahədə heç bir aktivlik nümayiş etdirimir: “Hesab edirəm ki, bu orqan təcili buraxılıb yenidən demokratik əsaslarla formalaşmalı və məmur sinfinin əlavəsi yox, iş adamlarının problemlərini yaxından bilən, araşdıran və onun həll olunmasında real iş görən işlək orqana çevirilməlidir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*