Şamaxıda minik avtomobili yanıb.
KONKRET.az-ın məlumatına görə, yanğın hadisəsi rayonun Göylər kəndi yaxınlığında baş verib.
1985-ci il təvəllüdlü Mərdanov İslam Sovqat oğluna məxsus “Vaz 2104” markalı minik avtomobili tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

