Sarkisyanın kürəkəni seçkilərə getməkdən İMTİNA ETDİbackend

Sarkisyanın kürəkəni seçkilərə getməkdən İMTİNA ETDİ

Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan erkən parlament seçkilərində iştirak etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında yazıb. Minasyanın sözlərinə görə, erkən seçkilərdə iştirakı seçki prosesi zamanı lazımsız gərginlik yarada bilər.

“Verdiyim sözə əməl edirəm və yaxınlaşan erkən seçkilərə qatılmayacağımı bildirirəm”, – Minasyan əlavə edib.

Ermənistanın Vatikandakı keçmiş səfiri hesab edir ki, hazırkı hakimiyyətin təşkil etdiyi seçkilərə getmək ölkədəki antidemokratik reallığı qəbul etmək deməkdir.

Bundan əvvəl eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının erkən parlament seçkilərində iştirak edəcəyi məlum olub. Sarkisyanın partiyası seçkilərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyası ilə bir blokda getməyə qərar verib./azvision.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*