Səbailin icra başçısı, polis rəisi və FHN rəsmiləri Badamdardakı sürüşmə ərazisindəbackend

Səbailin icra başçısı, polis rəisi və FHN rəsmiləri Badamdardakı sürüşmə ərazisində

Bakının Səbəil rayonu ərazisində, Badamdar şossesində torpaq sürüşməsi baş verib. İlkin məlumata əsasən, sürüşmə əvvəl qeydə alınan hissədə aktivləşib.

KONKRET.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.

Sürüşmə nəticəsində bir iaşə xidməti obyekti və iki fərdi yaşayış evi zərər görüb.

Ətrafda yaşayan insanlar təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.

Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*