“Səfərbərlik Putinin sonunu gətirəcək” – Rusiyada SORĞU + VİDEObackend

“Səfərbərlik Putinin sonunu gətirəcək" - Rusiyada SORĞU + VİDEO

“Bu “Z” və “V”-ni dəstəkləyən hər kəs xüsusi əməliyyata getsin”.

KONKRET.az xəbər verir ki, Rusiyada Ukrayanadakı hərbi əməliyyatlarda iştirak etmək üçün gizli səfərbərlik başlayıb. Rus gənclər bu səfərbərlikdən yayınmağa çalışırlar.

Gənc oğlanların çoxu səfərbərlik ideyasına həvəsli deyil, onların heç biri Ukraynaya getmək və “boş yerə ölmək” istəmir. Onlar əmindirlər ki, səfərbərlik Putin üçün sonun başlanğıcı olacaq.

Aparılan sorğu nəticəsində gənclərin əksəriyyətinin buna qarşı olduğu bildirilir. Onlar bunun hökumət üçün ağır nəticələr verəcəyini qeyd edirlər.

“Bu çağırış ordusuna lənət olsun. Bizi ölümə göndərirlər, hə? “Z”, “V” işarələrini qoyanlar, dəstəkləyənlər qoy getsinlər. Bizim maraqlarımız üçün deyil, bizə lazım deyil, sizə lazım deyil, mənə lazım deyil! Sağlam düşüncəli adamlara lazım deyil. Mən heç nəyə görə ölməyi normal saymıram”, – rus gənclərdən biri deyir.

Daha bir rus gənc Rusiya ordusunda nizam-intizamın olmadığını, hərbçilərə pis şeylərin aşılandığını deyib.

Başqa bir rus gənc ümumiyyətlə səfərbərliyə neqativ yanaşdığını bildirib.

Digər rəyi soruşulan gənc isə Rusiyaya faşistlərin hücumu zamanı onu qorumağa hazır olduğunu, başqalarının hücumunu isə bəlkə də yaxşılığa olduğunu vurğulayıb.

“Mənim nəyimə lazımdır səfərbərlik… Mənim fikrimcə, faşistlərə əvvəlcə öz ölkəmizdə qalib gəlmək lazımdır, ondan sonra gedib başqa yerdə antifaşizmlə məşğul olmaq olar”, – gənclərdən biri belə fikir səsləndirib.

“Hökumət aşkar səfərbərlik elan etsə, bu, ölkədə etirazlara səbəb olacaq, hakimiyyəti silkələyəcək”.

“Putin ümumsəfərbərlik elan etsə, hesab edin ki, bu hökumətin ancaq saatları qalacaq. Klassiklər demişkən, ordu süngüsünü  öz hökumətinə soxacaq”.

“Mən düşünürəm ki, bu, müharibə cinayətdir, bunu başlayanlar da hərbi cinayətkardır. Elan olunacaq səfərbərlik də rus xalqına qarşı cinayətdir. İndi Ukraynaya və onun müstəqilliyinə qarşı törədilir bu cinayət. Ukrayna xalqının azad yaşamaq hüququ var, necə istəyir o cür yaşamaq hüququ var”, – deyə gənclər etirazlarını bildirirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*