SEPAH açıqlama yaydı, İran səfiri XİN-ə çağırıldıbackend

SEPAH açıqlama yaydı, İran səfiri XİN-ə çağırıldı

İranın Beyrutdakı səfiri Məhəmməd Rza Rauf Şeybani Livan Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Yusif Raci özünün X hesabında bildirib.

O, səfirin çağırılmasının səbəbini İran İnqilab Keşikçiləri Korpusunun Hizbullahla koordinasiyalı şəkildə İsrailə raket hücumu təşkil etdiyini açıqlaması ilə əlaqələndirib.

“Bu gün keçiriləcək görüşdə İranın Livanın daxili işlərinə hər hansı müdaxiləsinin Beyrut tərəfindən qəbul edilmədiyini Şeybaninin diqqətinə çatdırılacaq”, – nazir yazıb.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu martın 11-i gecə saatlarında Hizbullahla koordinasiyalı şəkildə İsrailə raket hücumu təşkil etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*