Separatçıların lideri Arayik Arutyunyan dindirildi – FOTObackend

Separatçıların lideri Arayik Arutyunyan dindirildi - FOTO

Qarabağdakı separatçı rejim qalıqlarının “rəhbər”i Arayik Arutyunyan konstitusiya quruluşunun devrilməsi ilə bağlı cinayət işində şahid qismində dindirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Arutyunyan öz feysbuk hesabında məlumat verib.

O qeyd edib ki, ictimai tələbi və 44 günlük müharibə hadisələrinin əsl gedişatı və səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyin vacibliyini nəzərə alaraq, yaxın gələcəkdə səlahiyyətləri çərçivəsində bəzi suallara da cavab verəcək.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan prokurorluğu konstitusiya quruluşunun devrilməsi ilə bağlı cinayət işinin başlandığını elan etmiş və Arayik Arutyunyanın sözügedən iş çərçivəsində dindiriləcəyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*